Bizə yazın

"Synergia Academy"-də təlimçi olmaq fürsətini qaçırmayın!

Apply

21 Avqust, 2024

Tam iş vaxtı

"Synergia Academy" genişlənir və komandamıza qoşulacaq, biliklərini paylaşmağa və yüksək səviyyəli təlimlər keçməyə hazır olan peşəkar təlimçilər axtarırıq.

Vakansiya tələbləri

Təlimlərin keçirilməsi sahəsində ən azı 5 il təcrübə (texniki və ya soft skills).

Aşağıdakı sahələrdən birində və ya bir neçəsində dərin bilik və təcrübə:

  • Qonaqpərvərlik
  • Kənd təsərrüfatı
  • Tekstil sənayesi
  • Maliyyə
  • Satış
  • Marketinq.

Bizim təklif etdiklərimiz

  • Peşəkar və dinamik mühitdə fəaliyyət göstərərək beynəlxalq standartlara uyğun təlimlər keçmək imkanı.
  • Biliklərinizi bölüşmək, peşəkar inkişafınızı davam etdirmək və qabaqcıl beynəlxalq təcrübələri öyrənmək üçün platforma.
  • Bacarıqlarınızı yüksək qiymətləndirən və şəxsi inkişafınıza dəstək olan bir iş mühiti.

Müraciət qaydası

Əgər tələblərə cavab verirsinizsə və başqalarını ruhlandırmaq, öyrətmək və öyrənmək üçün həvəsli olduğunuzu düşünürsünüzsə, CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

"Synergia Academy"-də karyera quraraq həm öyrədin, həm də öyrənin. Bizimlə birlikdə inkişaf etməyə və uğurlarınıza imza atmağa dəvət edirik!

Ərizə Forması

Maksimum fayl ölçüsü 10MB*