Bizə yazın

Xidmətlər

Sizin uğurunuz bizim prioritetimizdir. Müstəsna xidmətlərimiz, hədəflərinizə çatmaq və onları aşmaq üçün nəzərdə tutulub.

Texniki təlimlər

Texniki təlimlər

Texniki təlimlər müştərilərimizin tələbləri əsasında təşkil olunur və əsasən real sektor ehtiyaclarına uyğun təlimlər təklif edən texniki mütəxəssislərin və ya texniki məktəblərin ölkəyə cəlb edilməsi sayəsində həyata keçirilir.

Fərdi proqramların, eləcə də yeni növ texniki təlim modullarının işlənib-hazırlanması gənc mütəxəssislərin öz sahələri üzrə təkmilləşmələrinə kömək edir.

Komanda quruculuğu fəaliyyətləri

Komanda quruculuğu fəaliyyətləri

İşçilərin iş yükü və dəyişkən mühit səbəbindən yaranan stressli bir dövrdə təqdim etdiyimiz xidmətlərdən biri də İR mütəxəssisləri ilə təlim komandasının birgə səyləri ilə  şirkət işçiləri üçün əyləncəli və səmərəli vaxt keçirə biləcəyi komanda quruculuq fəaliyyətlərinin konsepsiyasını ərsiyə gətirməsidir.

Biz müştərilərimizin tələblərinə uyğun olaraq partnyor şirkətlər və ya təlimçilərimizlə əməkdaşlıq çərçivəsində bir neçə komanda quruculuq fəaliyyətlərini təklif edirik.

Biz şirkətin missiyası, vizyonu və məqsədlərini izah edən strategiya üzrə seminarlar keçirir, daha sonra isə komanda üçün əyləncələr təşkil edirik.

Aktiv məşğələlər komanda üzvləri arasında sıx münasibətlərin yaranmasına kömək edir.

Sərbəst fəaliyyətlər isə təkcə komandaların bir-biri ilə əməkdaşlıq etməsinə deyil, eyni zamanda ofisdənkənar mühitdə necə davrandıqlarını müşaiyət etməyə kömək edir.

Təlim ehtiyacları üzrə müşavirlik xidmətləri

Təlim ehtiyacları üzrə müşavirlik xidmətləri

Şirkətin tələbləri əsasında təlim istiqamətlərinin yaradılması üzrə xidmət göstərən Akademiya olaraq, şirkət ehtiyaclarını qiymətləndirir və fərdi təlim proqramlarının formalaşdırılması üzrə çalışırıq. Şirkətin insan resursları və təlim/inkişaf üzrə mütəxəssisləri ilə birlikdə biz şirkətin fəaliyyət prosesinin və əsas səmərəlilik göstəricilərinin (ƏSG-lər) təhlili əsasında müxtəlif növ xidmətlər təqdim edirik. Həmçinin şirkətdə orta və yüksək səviyyəli vəzifələrdə çalışan idarəçilərin inkişafına kömək edə biləcək təlimlərin inkişafı proqramlarını təklif edirik.

Liderlik seminarları üzrə müşavirlik xidmətləri

Liderlik seminarları üzrə müşavirlik xidmətləri

Müştərilərimizin, həm daxili, həm də xarici tərəfdaşlarımızın liderlik mövzusunda seminar və təlimlərin keçirilməsi ilə bağlı müraciətləri əsasında seminarlar təşkil edirik.

Həmçinin müşavirlik xidmətləri ilə əlaqədar müraciətlər daxil olduqda, təlim çərçivəsində liderliyin qiymətləndirilməsi aparılır və bunun əsasında müxtəlif növ seminarlar və kouçinq sessiyaları təşkil olunur.

Liderlik mövzusunda seminarlar bizimlə əməkdaşlıq edən partnyor şirkətlər və ya təlimçilər vasitəsilə təşkil olunur.

Seminarlar ilə yanaşı həm qrup, həm də fərdi şəkildə kouçinq xidmətləri də təklif olunur.

Xüsusi hazırlanmış proqramlar

Xüsusi hazırlanmış proqramlar

"Synergia Akademy”-sı müştərilərimizin ehtiyaclarına uyğun olaraq xüsusi hazırlanmış proqramlar təqdim edir. Hər bir müştərinin tələblərinə əsasən “Təlim Ehtiyaclarının Qiymətləndirilməsi” (TNA) həyata keçirilir. Hazırlanmış proqramlar təlimçilərlə müzakirə edilərək müvafiq təlim növlərinə uyğun dəyişdirilə bilər.