2016-cı ildə “PMD Group” şirkətinin bir hissəsi kimi təsis olunan “Qonaqpərvərlik Akademiyası”, 2023-cü ildə “Synergia Academy” adı altında yenidən fəaliyyətə başladı. Bu ad, təşkilatımızın əsas fəlsəfəsini və baxışlarını əks etdirir. "Synergia" anlayışı fərqli elementlər və insanların bir araya gəldikdə, onların ayrı ayrılıqda gördükləri tədbirlərdən daha çox, birgə əldə edə biləcəkləri nailiyyətləri ifadə edir.
İlkin olaraq, hotelçilik və menecment sahəsində təlimlərə fokuslanmışdıq. Lakin yenidən qurulmadan sonra xidmət sahəmizi genişləndirərək tekstil, kənd təsərrüfatı, FMCG (tez istehlak edilən gündəlik tələbat malları) və digər sektorları də əhatə etdik. Synergia Akademiyası müxtəlif sektorlarda səmərəli fəaliyyət üçün bilik və bacarıqların inkişafına şərait yaradır.
2024-cü ildə hotelçilik sektoru üzrə kiçik və orta rəhbərlik heyətinin hazırlanması üçün “Qonaqpərvərlik Dünyası” (World of Hospitality) adlı unikal təlim modulu yaradılmışdır. Bu modul hotellərdə tətbiq olunaraq hotelçilik sahəsində karyera qurmaq istəyənlər üçün dəyərli biliklər təqdim edir.
Missiyamız insanları bir araya gətirərək bilikləri bölüşmək və hər bir fərdin potensialını tam açmaqdır. “Synergia Academy”-sı sinerji, birlik və komanda işini simvolizə edərək cəmiyyətə müsbət təsir göstərməyə çalışır.
Biz texniki məktəblər açır, müxtəlif sahələrdə ixtisaslaşmış təlimlər və biznes məqsədləri ilə strateji şəkildə uzlaşdırılmış korporativ təlim proqramları təqdim edirik. Liderlərə və menecerlərə daha yüksək nəticələr əldə etməyə kömək edən fərdi həllər təklif edirik.
• Biz inanırıq ki, insanlar böyük nailiyyətlər əldə etməyə qadirdirlər.
• Biz liderlərə müxtəlif düşüncə tərzlərini aşılayır və onlara sərbəstlik, inam və fərqli situasiyalarda davranış tərzlərini öyrədirik.
Tariximiz
Bizim missiyamız qonaqpərvərlik, kənd təsərrüfatı, pərakəndə satış, tikinti və digər mühüm sektorlarda çalışan işçilərin bilik və bacarıqlarını gücləndirməkdir, onların karyeralarını inkişaf etdirməyə və sənayenin mükəmməliyinə nail olmağa təşviq etməkdir.
Gələcəyə baxışımız işgüzar şəxslərə öz peşəkar məqsədlərinə çatmaqda onları maarifləndirən, inkişaf etdirən və ruhlandıran, habelə bu yolda potensial və istedadlarını üzə çıxarmağa kömək edən şirkət kimi tanınmaqdır.
Əməkdaşlıq, Dürüstlük, Kreativlik, Məsuliyyət, Çeviklik, Dayanıqlılıq
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Texnologiya Universiteti
Gəncə Dövlət Universiteti
CÀSÀ Azərbaycan Kulinariya İncəsənət Mərkəzi
Azərbaycan Otellər Assosiasiyası
AzMedTech
Leoron
Avropa İdarəetmə Mərkəzi
FevKalite
Litmos
Nar Egitim
Misafir Akademisi
PMD
Azərşəkər
FMG
Chinar Health Hotel
Excelsior
Qalaaltı
GoyGol Lake Resort
Garabagh Resort & Spa
Chenot Palace
Hilton Garden Inn
Shamakhi Palace
Lankaran Springs
Badamdar Hotel and Residences
Gashalti Health Hotel - Naftalan
Aghdam City Hotel
Ramada Plaza by Wyndham Gence
Central Point Hotel
Bizim Komanda
Baş İcraçı Direktor
Təlim üzrə Baş Məsləhətçi
Təlim üzrə Baş Məsləhətçi
Təlim üzrə Baş Məsləhətçi
Təlim üzrə Baş Məsləhətçi
Təlim üzrə Baş Menecer
Təlim üzrə Menecer