"Synergia Academy" sinerji, birlik və birgə işləmək məqsədini, eləcə də hədəflərə nail olmağı və cəmiyyətə müsbət təsir göstərməyi ifadə edir.
Xidmətlərimiz
Müştərilərimiz üçün yüksək ixtisaslı kadrların hazırlanmasına yönəlib, onları orta və yuxarı rəhbərlik vəzifələrini tutmağa hazır olan peşəkar mütəxəssislərlə təmin etməkdir.
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Texnologiya Universiteti
Gəncə Dövlət Universiteti
CÀSÀ Azərbaycan Kulinariya İncəsənət Mərkəzi
Azərbaycan Otellər Assosiasiyası
AzMedTech
Leoron
Avropa İdarəetmə Mərkəzi
FevKalite
Litmos
Nar Egitim
Misafir Akademisi
PMD
Azərşəkər
FMG
Chinar Health Hotel
Excelsior
Qalaaltı
GoyGol Lake Resort
Garabagh Resort & Spa
Chenot Palace
Hilton Garden Inn
Shamakhi Palace
Lankaran Springs
Badamdar Hotel and Residences
Gashalti Health Hotel - Naftalan
Aghdam City Hotel
Ramada Plaza by Wyndham Gence
Central Point Hotel
“Synergia Academy”-nın əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən VI Karyera Sərgisində iştirak edərək gənc memar və mühəndislərlə görüşdülər. Tələbələrə təlim proqramlarımız və peşəkar inkişaf yolları barədə ətraflı məlumat təqdim olundu.
Almaniyanın nüfuzlu Axen Reyn-Vestfaliya Texniki Universitetinin (RWTH Aachen) Tekstil Texnologiyaları bölməsinin rəhbəri professor Tomas Qris və universitetin nəzdində fəaliyyət göstərən İTA Akademiyasının Türkiyə üzrə regional nümayəndəsi Esra Yuksel Yılmaz Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olublar.
Görüşdə “Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva və təlim üzrə baş məsləhətçi Aytən Cəbrayılova da iştirak edib. Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin rəhbər heyəti ilə bir araya gəliblər.
Görüş zamanı professor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetləri arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. Professor Tomas Qris öz çıxışında tekstil və material texnologiyaları, eləcə də sənaye proseslərinin avtomatlaşdırılması sahəsində RWTH Aachen Universitetinin fəaliyyət istiqamətləri və təcrübəsi haqqında geniş məlumat verib. O, müasir sənayenin innovativ materiallara və avtomatlaşdırılmış sistemlərə artan tələbatını xüsusilə vurğulayıb.
Tərəflər arasında aparılan müzakirələrdə professor-müəllim və tələbə mübadiləsi, mexatronika, materialşünaslıq və yaşıl enerji texnologiyaları sahəsində birgə tədqiqat layihələri, eləcə də magistratura səviyyəsində ikili diplom proqramlarının icra olunması perspektivləri diqqət mərkəzində olub.
“Synergia Academy” olaraq belə strateji tərəfdaşlıqların elmi və peşəkar bilik mübadiləsinə mühüm töhfə verəcəyinə inanırıq və bu istiqamətdə körpülər qurmağa davam edirik.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Almaniyanın nüfuzlu Aachen Texniki Universiteti (RWTH Aachen) arasında əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.
İmzalanma mərasimi UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərliyi ilə keçirilmişdir. Tədbirdə Aachen Universitetinin nəzdində fəaliyyət göstərən ITA İnstitutunun direktoru professor Thomas Gries, ITA Academy GmbH-nin Türkiyə üzrə regional nümayəndəsi Esra Yüksel Yılmaz, “Synergia Academy”nin rəhbəri Rəna Əfəndiyeva, şirkətin təlim üzrə baş məsləhətçisi Aytən Cəbrayılova və universitetin digər əməkdaşları iştirak etmişlər.
Görüş zamanı professor Ədalət Muradov UNEC-in akademik potensialı, rəqəmsal idarəetmə modeli, beynəlxalq əməkdaşlıqları, ikili diplom və mübadilə proqramları, eləcə də universitetin dünya reytinqlərindəki mövqeyi barədə ətraflı məlumat vermişdir.
Professor Thomas Gries UNEC-in müasir təhsil yanaşmalarını yüksək qiymətləndirmiş və iki ali təhsil müəssisəsi arasında qurulan əməkdaşlığın strateji əhəmiyyətini vurğulamışdır. Görüşün nəticəsi olaraq, UNEC və RWTH Aachen Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.
Memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, tədqiqat layihələrinin hazırlanması, beynəlxalq sertifikat proqramlarının həyata keçirilməsi, ömürboyu təhsil və innovativ tədris metodologiyaları üzrə təcrübə mübadiləsi, həmçinin ətraf mühitin idarə olunması sahəsində ortaq təşəbbüslər nəzərdə tutulur.
“Synergia Academy” olaraq bu strateji əməkdaşlığın regionun təhsil sisteminin inkişafına və qlobal elmi inteqrasiyaya töhfə verəcəyinə inanırıq.
Gəncə Dövlət Universiteti, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Azərbaycan Texnologiya Universiteti və Yevlax peşə məktəbində “Synergia Academy” və “Tabia Group”un birgə təşkilatçılığı ilə tədbirlər baş tutdu.
Tədbir zamanı layihənin məqsədləri, iştirakçılar üçün yaradılan imkanlar və seçim prosesi barədə geniş məlumat verildi.
Layihə 18-30 yaş aralığında olan, orta ixtisas və ya ali təhsilli şəxslərə yönəlib. 3-6 ay ərzində davam edəcək təlim proqramı bir neçə mərhələdən ibarətdir və iştirakçıların bilikləri imtahanlar vasitəsilə qiymətləndiriləcək. Proqramı uğurla tamamlayanlar “Tabia Group”un hotellərində iş imkanı əldə edəcəklər.
Tədbirdə çıxış edən nümayəndələr layihənin nəzəri və praktiki bilikləri birləşdirməklə gənclərin karyera inkişafına dəstək verdiyini vurğuladılar. “Tabia Group”un nümayəndəsi isə hotelçilik sahəsində mövcud iş imkanları və peşəkar kadrların inkişafına verdikləri dəstək barədə məlumat verdi.
"Synergia Academy” və “FMG” şirkətlərinin birgə əməkdaşlığı ilə “Təhsildən – Karyeraya” proqramının “Məlumatlandırma Günü” tədbiri keçirildi.
Proqram, ali təhsilli, 18-30 yaş arası Azərbaycan gənclərinin peşəkar fəaliyyətlərinə dəstək olmağı və onları “FMG” şirkətinin tabeliyindəki müxtəlif biznes və ticarət obyektlərində işlə təmin etməyi hədəfləyir.
Tədbirin açılışı Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin nitqi ilə başladı. Rektor bu cür layihələrin aktual olduğunu vurğuladı və tələbələrin karyera inkişafında, universitet proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılmasının, eləcə də sənaye ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs etdi.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov çıxış edərək, ali təhsil müəssisələrinin əsas məqsədlərindən birinin əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanması olduğunu qeyd etdi. O, hər bir ixtisas üzrə tələb olunan bacarıqların mənimsənilməsi və sənaye müəssisələri ilə sıx əlaqələrin daim inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
“Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva isə şirkətin fəaliyyət istiqamətlərindən və bu proqramın gənclərə yaratdığı imkanlardan söz açdı. Onun çıxışında, “Təhsildən – Karyeraya” proqramının gənc mütəxəssislərin peşəkar hazırlıq səviyyəsini artıracağı və real iş mühitində inkişaflarına dəstək olacağı xüsusi qeyd edildi.
“FMG” şirkətinin icraçı direktoru İlham Allahverdiyev çıxışında layihənin şirkətin strateji məqsədlərinə uyğun olduğunu bildirdi. O, tərəfdaşlığa görə minnətdarlığını ifadə edərək, bu proqramın gənclərə karyera imkanları yaratmaqla Azərbaycanın iqtisadi inkişafına töhfə verəcəyini vurğuladı.
“Təhsildən – Karyeraya” proqramı, “Synergia Academy” və “FMG” şirkətlərinin birgə təşəbbüsü ilə, yerli gəncləri müasir peşə tələblərinə uyğun hazırlamaq və onların uzunmüddətli karyera perspektivlərini gücləndirmək məqsədi daşıyır.
Tədbir iştirakçıları bu layihənin əmək bazarında yeni gənc mütəxəssislər dalğası yaradacağına inandıqlarını ifadə etdilər.