Bizə yazın

2 May, 2025

Almaniyanın RWTH Aachen Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olundu

almaniyanin-rwth-aachen-universiteti-ile-emekdasliq-imkanlari-muzakire-olundu-11

Almaniyanın nüfuzlu Axen Reyn-Vestfaliya Texniki Universitetinin (RWTH Aachen) Tekstil Texnologiyaları bölməsinin rəhbəri professor Tomas Qris və universitetin nəzdində fəaliyyət göstərən İTA Akademiyasının Türkiyə üzrə regional nümayəndəsi Esra Yuksel Yılmaz Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olublar. 

Görüşdə “Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva və təlim üzrə baş məsləhətçi Aytən Cəbrayılova da iştirak edib. Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin rəhbər heyəti ilə bir araya gəliblər.

Görüş zamanı professor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetləri arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. Professor Tomas Qris öz çıxışında tekstil və material texnologiyaları, eləcə də sənaye proseslərinin avtomatlaşdırılması sahəsində RWTH Aachen Universitetinin fəaliyyət istiqamətləri və təcrübəsi haqqında geniş məlumat verib. O, müasir sənayenin innovativ materiallara və avtomatlaşdırılmış sistemlərə artan tələbatını xüsusilə vurğulayıb. 

Tərəflər arasında aparılan müzakirələrdə professor-müəllim və tələbə mübadiləsi, mexatronika, materialşünaslıq və yaşıl enerji texnologiyaları sahəsində birgə tədqiqat layihələri, eləcə də magistratura səviyyəsində ikili diplom proqramlarının icra olunması perspektivləri diqqət mərkəzində olub. 

“Synergia Academy” olaraq belə strateji tərəfdaşlıqların elmi və peşəkar bilik mübadiləsinə mühüm töhfə verəcəyinə inanırıq və bu istiqamətdə körpülər qurmağa davam edirik.

Bütün xəbərlərə qayıt