Görüş zamanı AzMİU rektoru professor Gülçöhrə Məmmədova və "Synergia Academy" rəhbəri Rəna Əfəndiyeva, həmçinin şirkətin təlim üzrə baş məsləhətçiləri Əhəd Kazımov və Aytən Cəbrayılova, tələbələrin peşəkar inkişafı ilə bağlı bir sıra mövzuları müzakirə ediblər.
Görüşdə yumşaq bacarıqlar üzrə təlimlərin təşkili, tələbələrə təqaüd imkanlarının genişləndirilməsi və iş dünyası ilə sıx əlaqələrin qurulması kimi məsələlər əsas diqqət mərkəzində olub. Tərəflər həmçinin müxtəlif ali təhsil müəssisələri üçün ikili təhsil proqramlarının imkanları haqqında fikir mübadiləsi apardılar.
Görüşün sonunda imzalanan memorandum tələbələrin inkişafı və iş yerlərində yeni imkanların açılması istiqamətində atılan addım kimi vurğulandı.