Görüş zamanı ATMU-nun rektoru İlham Mədətov “Synergia Academy”-nın nümayəndələrini rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Söhbət əsnasında universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verib.
“Synergia Academy”-nın Baş icraçı direktoru Rəna Əfəndiyeva isə akademiyanın tələbələrə hərtərəfli peşəkar hazırlıq qazandıran innovativ təlim proqramları haqqında məlumat verib. Görüşdə tələbələr üçün istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi və yeni ixtisaslar üzrə əməkdaşlıq müzakirə edilib.