"Synergia Academy"-nın uğurlu tədqiqatları və 7 aylıq işi nəticəsində De Montfort Universiteti Azərbaycana dəvət edildi və UNEC-də rektor Ədalət Muradov və onun komandası ilə yanaşı, "De Montfort Universiteti"nin (Birləşmiş Krallıq) nümayəndələri – Beynəlxalq Təhsil üzrə Assosiasiya Direktoru Neil Hart və Tərəfdaşlıq inkişafı üzrə meneceri/Global Unit – Duncan Hepworth-un iştirakı ilə görüş keçirildi.
Universitet haqqında təqdimatdan sonra məhsuldar müzakirələr aparıldı və gələcək əməkdaşlıq, eləcə də universitet daxilində yeni fakültələrin açılması məsələləri müzakirə edildi.