Bizə yazın

3 Mart, 2025

“Təlimdən Karyeraya - 2” layihəsinin məlumatlandırma günləri Gəncə və Yevlaxda keçirildi

telimden-karyeraya-2-layihesinin-melumatlandirma-gunleri-gence-ve-yevlaxda-kecirildi-9

Gəncə Dövlət Universiteti, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Azərbaycan Texnologiya Universiteti və Yevlax peşə məktəbində “Synergia Academy” və “Tabia Group”un birgə təşkilatçılığı ilə tədbirlər baş tutdu.

Tədbir zamanı layihənin məqsədləri, iştirakçılar üçün yaradılan imkanlar və seçim prosesi barədə geniş məlumat verildi.

Layihə 18-30 yaş aralığında olan, orta ixtisas və ya ali təhsilli şəxslərə yönəlib. 3-6 ay ərzində davam edəcək təlim proqramı bir neçə mərhələdən ibarətdir və iştirakçıların bilikləri imtahanlar vasitəsilə qiymətləndiriləcək. Proqramı uğurla tamamlayanlar “Tabia Group”un hotellərində iş imkanı əldə edəcəklər. 

Tədbirdə çıxış edən nümayəndələr layihənin nəzəri və praktiki bilikləri birləşdirməklə gənclərin karyera inkişafına dəstək verdiyini vurğuladılar. “Tabia Group”un nümayəndəsi isə hotelçilik sahəsində mövcud iş imkanları və peşəkar kadrların inkişafına verdikləri dəstək barədə məlumat verdi.

Bütün xəbərlərə qayıt