Bizə yazın

15 Avqust, 2024

"Təlimdən Karyeraya 2" proqramına start verilib

telimden-karyeraya-2-proqramina-start-verilib-5

"Synergia Academy" və "Tabia Group"-un birgə əməkdaşlığı çərçivəsində "Təlimdən Karyeraya 2" proqramı elan edilib. Proqramın əsas məqsədi regionlarda yaşayan və ya həmin bölgələrlə ailə bağlılığı olan gənclərin öz bölgələrinə qayıdaraq peşəkar fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmaqdır.

Proqram çərçivəsində 18-30 yaş aralığında, orta ixtisas və ya ali təhsilli Azərbaycan vətəndaşlarının iştirakı nəzərdə tutulur. Təlim 3-6 ay müddətində davam edəcək və bir neçə mərhələdən ibarət olacaq. Hər mərhələnin sonunda iştirakçıların bilikləri imtahan vasitəsilə yoxlanılacaq.

Proqramın bütün mərhələlərini uğurla tamamlayan namizədlər "Tabia Group"-un tabeliyində fəaliyyət göstərən hotellərdə işlə təmin olunacaqlar. Seçim mərhələlərində uğur qazana bilməyən iştirakçıların sənədləri isə ehtiyat bazada saxlanılaraq gələcək təlim proqramlarında nəzərdən keçiriləcək.

Müraciətlər 15 dekabr 2024-cü il tarixinədək qəbul olunur və müraciət müddətinin uzadılması da mümkündür. Proqrama qoşulmaq istəyənlər öz tərcümeyi-hallarını (CV) [email protected] ünvanına göndərə, QR kodu vasitəsilə qeydiyyatdan keçə və ya BEGOC Biznes Mərkəzinə yaxınlaşaraq müraciət formasını doldura bilərlər.

"Təlimdən Karyeraya 2" proqramı gənclərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların iş həyatına uğurlu keçid etmələrinə dəstək olmağı hədəfləyir.

Bütün xəbərlərə qayıt